Antalyada turistlərə verilən kirayə mənzillərə nəzarət gücləndiriləcək

Dünya


Türkiyənin Antalya şəhərində turistlərə qeyri-qanuni verilən kirayə mənzillərə nəzarət gücləndiriləcək.

Məlumata görə, hazırda heç bir reyd və ya yoxlama aparılmır. Amma qeyd olunur ki, mənzillərin təhvil verilməsi ilə bağlı səlahiyyətli orqanlara rəsmi məlumat verilməsi zəruridir. Əks halda, əmlak sahibi vergidən yayınmaya görə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, əyalət valisi Ersin Yazıcı hotellərdə doluluq səviyyəsinin aşağı olması ilə bağlı şikayətlərdən sonra turistlərə qeyri-qanuni kirayə mənzillərin verilməsi hallarını araşdırmaq qərarına gəlib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir