Xırdalan niyə poliqonu xatırladır? – VİDEO + AÇIQLAMA

Cəmiyyət


Xırdalan sakinləri zibillikdə nəfəs ala bilmirlər.

Bu barədə resmixeber.az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd edilib. Vətəndaş iddia edir ki, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində məişət tullantıları vaxtı-vaxtında təmizlənmir:

“Zibil qoxusundan nəfəs ala bilmirik. Dəfələrlə problemin həll edilməsi üçün müraciət etsək də, aidiyyəti qurumlar vətəndaşların probleminə diqqət etmirlər”.

Məsələ ilə bağlı Abşeron rayon Xırdalan şəhər Abadlıq və Kommunal Xidmətlər İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda məişət tullantılarının təmizlənməsi istiqamətində texnikalar işləyir:

“Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində məişət tullantılarının yığılması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərdən xəbərdarıq. Yaranmış texniki problem səbəbindən tullantıların toplanması bir qədər yubadılıb. Lakin hazırda sözügedən küçədə idarəyə məxsus texnika çalışır. Qısa zamanda ərazi tullantılardan təmizlənəcək”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir