Fransada gənc yelləncəkdən yıxılıb öldü

Dünya


Fransanın cənubundakı Aqd kommunasındakı əyləncə parkında attraksionlardan birində baş verən qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, hadisə 60 metr hündürlükdən yıxılmağı imitasiya edən attraksionda baş verib.

Bildirilir ki, ölən 17 yaşlı gəncdir. 19 yaşlı qız isə yelləncəkdən yıxılaraq çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis parkın direktoru da daxil olmaqla dörd nəfəri saxlayıb.

Faciənin mümkün səbəbi attraksionun qaydalar pozularaq güclü külək şəraitində işləməsidir.

Mənbə: TASS

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir