Xerson atəşə tutuldu: “Yaralılar var – kilsə, fövqəladə hallar xidməti…” – FOTO

Dünya


Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin mərkəzində kilsəni atəşə tutub. Atəş nəticəsində kilsədə yanğın baş verib.

Nəticədə üç nəfər yaralanıb.

Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram” kanalında məlumat verib.

“Rusiya hücumu zamanı kafedralın yanından keçən trolleybusun üç sərnişini yaralanıb. Onlar təcili yardım maşını ilə xəstəxanaya yerləşdiriliblər”, – deyə o qeyd edib.

Müqəddəs Yekaterina Kafedralının atəşə tutulması nəticəsində baş vermiş yanğının söndürülməsi zamanı kilsəyə yenidən atəş hücumu olub.

Bu barədə “Facebook” hesabında məlumat verən Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Krukun sözlərinə görə, hücum nəticəsində 4 xilasedici yaralanıb.

O qeyd edib ki, rusiyalılar tammiqyaslı işğalın ilk günlərindən xilasediciləri atəşə tuturlar və bu səhər də istisna olmayıb.

“Xerson. Müqəddəs Yekaterina kilsəsinin atəşə tutulması nəticəsində baş vermiş yanğın söndürülərkən təkrar atışma baş verib. Dövlət Fövqəladə Hallar Xidmətinin 4 əməkdaşı xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir. Xüsusi texnika zədələnib”, – deyə Kruk əlavə edib.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir