Konfrans Liqası: “Qəbələ”nin potensial rəqibləri ilk oyunlarını keçiriblər

Dünya


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin daha bir oyunu başa çatıb.

“resmixeber.az”un məlumatına görə, “Qəbələ”nin növbəti raunddakı potensial rəqiblərindən Danimarka “Midtullan”ı Lüksemburqun “Proqres” komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 38-ci dəqiqədə Henrik Dalsqard və 60-cı dəqiqədə Sori Kaba vurub. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Lüksemburqda olacaq.

Bu qarşılaşmanın qalibi növbəti raundda “Qəbələ” – “Omoniya” (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” ilk qarşılaşmasını iyulun 27-də evdə, cavab matçını bundan bir həftə sonra səfərdə keçirəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir