Zelenski yeni hava hücumundan müdafiə sistemlərinin alındığını dedi: “Ən çox ehtiyac olan yerə göndəriləcək”

Dünya


Ukrayna yeni hava hücumundan müdafiə sistemləri alıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik selektor iclasdan sonra məlumat verib və özünün “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi gücləndirilib.

“Silah və sursatların tədarükü ilə bağlı cari hesabatları dinlədim. Hava hücumundan müdafiə sistemimiz gücləndirilib və hazırda ən çox ehtiyac duyulan yerlərə göndəriləcək”, – deyə o, paylaşımda qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir