Zabrat sakinləri avtobuslardan narazıdırlar: “Evdən işə çatana qədər suya batırıq” – AÇIQLAMA + FOTO

Cəmiyyət


Sabunçu rayonunda sərnişinlər avtobus sürücülərinin kondisionerləri qoşmamasından şikayətçidirlər.

Bu barədə resmixeber.az-a rayonun Zabrat-1 qəsəbəsində yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Şikayətdə deyilir ki, Bakının mərkəzinə işləyən avtobuslardan başqa, o birilərinin əksəriyyətində bu problem var:

“Qəsəbədə yalnız “BakuBus”ın “M8” və 163 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarında kondisioner işləyir. Digər sərnişin avtobuslarında heç bir sürücü kondisioneri yandırmır. Gediş haqqı 45 qəpikdən bahadır. Dərd odur ki, pulu verib, yol gedirik, amma kondisioneri qoşmurlar. Ancaq mərkəzə işləyən avtobuslarda sürücülər kondisioneri işlədirlər. Evdən işə çatana qədər tər-suya batırıq. Kənar qəsəbələrə gedən sərnişinlər istidə bişməlidirlər?”

“BakuBus”ın aparat rəhbəri Faiq Abbasov resmixeber.az-a açıqlamasında bildirib ki, aidiyyəti üzrə avtobuslarda kondisioner sistemi iyulun 1-dən aktivləşdirilməli idi, ancaq proses tezləşdirilib:

“Havaların isti keçməsi və sərnişinlərdən bizə daxil olan müraciətləri nəzərə alaraq, kondisioner sistemini iyunun 25-dən aktivləşdirmək qərarı alındı. Odur ki, “BakuBus”ın tabeliyində olan avtobusların hər birində sərnişinlərin mənzilbaşına rahat şəraitdə çatması üçün bu kimi məqamlar nəzərə alınıb. Kondisioneri işləmədən xəttə çıxan heç bir sərnişin avtobusumuz yoxdur”.

Sərnişinlər şikayətdə digər sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin də müvafiq müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslarında zəruri şəraitin yaradılmasını tələb edirlər:

“Ən azından, kondisioner sisteminin olması, yay günü ünvana bərbad vəziyyətdə çatmamaq üçün avtobusların normal, səliqəli oturacaqlarla təmin edilməsi arzuolunandır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir