Şabranda mikroavtobus aşıb, altı nəfər xəsarət alıb

Cəmiyyət


Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

“resmixeber.az”un məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir