Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım İİV/QİÇS-lə mübarizə haqqında olacaq.
resmixeber.az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda həkimə ünvanlaya bilərsiniz.
www.RESMIXEBER.az