Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Cəmiyyət


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63, tank əleyhinə 242 mina və 552 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 2979.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir