Güneyli fəal həbs olundu: Paylaşımları sübut kimi göstərildi – FOTO

Dünya


Tehran Apellyasiya Məhkəməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin qərarını olduğu kimi qüvvədə saxlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, əslən Ərdəbildən olan və Tehranda yaşayan milli fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək məqsədilə əlbir olmaq” və “hakimiyyətə qarşı təbliğat aparmaq” ittihamları ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi-ictimai qurumlara üzv olmasına da qadağa qoyulub.

Milli fəala qarşı irəli sürülən ittihamların sübutu kimi “Instagram”dakı “Gündəm” adlı səhifəsində mədəni və ictimai paylaşımları göstərilib.

Qeyd edək ki, Ramin Əliniya 2022-ci il noyabrın 8-də İranda baş qaldıran etirazlarla eyni vaxtda tutulub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra, 2022-ci il noyabrın 30-da Evin zindanından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir