İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi – VİDEO

Dünya


Ötən ayın sonlarında İranın Sistan və Bəlucistan əyalətində baş verənləri işıqlandıran “Halvəş” “Telegram” kanalı diqqət çəkən xəbər yayıb.

Məlumatda qeyd olunur ki, İran bəluclarının mənəvi lideri və Zahidan şəhərinin sünni camaatının imamı Mövləvi Əbdülhəmidə qarşı terror cəhdinin qarşısı alınıb.

SEPAH kəşfiyyatının planlaşdırdığı bu əməliyyat özünü dindar tələbə kimi qələmə verən şəxs tərəfindən icra edilməli imiş.

Həmin şəxs iki həftədən artıq müddətdə Mövləvi Əbdülhəmidin imamı olduğu Məkki məscidində məskunlaşıb, daimi zikr və ibadətlə məşğul olurmuş.

Lakin getdikcə onun davranışı məscidin işçilərində şübhə doğurub və saxlanılaraq sorğu-sual edilib.

Dindirilmə zamanı həmin şəxs etiraf edib ki, SEPAH Kəşfiyyat Təşkilatından aldığı zəhər vasitəsilə Mövləvi Əbdülhəmidə qarşı bioloji terror həyata keçirməli imiş.

O həmçinin bildirib ki, əməliyyatın başlanğıcından etibarən hər həftə SEPAH-dan 15 milyon tümən məvacib alırmış.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir