Ramanada avtomobillərə qənim kəsilən yol – FOTO

Cəmiyyət


Sürücülər Sabunçu rayonu Ramana qəsəbəsindəki yoldan narazıdırlar. 

Bu barədə şikayət sosial şəbəkədə paylaşılıb.

İddia edilir ki, Sabunçu rayonu Ramana qəsəbəsində “Kamsomolski dairəsi”nə çatmamış yolun sağ tərəfində kanalizasiya lükləri çöküb: 

“Yağış barmaqlıqları çöküb, asfalt səviyyəsindən çox aşağıdadır. Nəqliyyat vasitəsilə keçəndə maşının altı dəydi. Eləcə də maşının təkəri deformasiyaya uğradı. Halbuki bu yola asfalt örtüyü yeni çəkilmişdi, nə tez çökdü? Tək mən deyiləm o yoldan istifadə edən, gün ərzində minlərlə avtomobil keçir və ziyan görür. Çox bərbad gündədir yol, xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşsınlar”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir