Mədə üçün təhlükəli bakteriya qida borusunun xərçəngindən qoruya bilərmi? – FOTO

Cəmiyyət


Çoxumuzda zaman-zaman mədə ağrıları, diskomfort və ürəkbulanma müşahidə edilə bilər. Stres, qeyri-sağlam qidalanma, keyfiyyətsiz yeməklər də şikayətlərin yaranmasında rol oynaya bilər. Amma əsas səbələrdən biri mədə selikli qişasında yaşayan helikobakter pilori mikkrobudur ki, bu mikrob dünya əhalisinin 50%-də aşkar edilir.

resmixeber.az xəbər verir ki, yoluxma adətən uşaq yaşlarında valideynlərdən və ya yemək qablarının ümumi istifadəsi zamanı baş verir. Tədqiqatlara əsasən, Azərbaycan əhalisinin 70-80%-də mədədə helikobakter pilori mikrobu təyin oluna bilər. Həmin mikrob qastrit, eroziyalar, mədə və onikibarmaq bağırsaq xoralarının səbəbkarıdır. Bakteriyanın mədədə xroniki iltihab yaratmasının nəticəsində o, mədə xərçəngi riskini 5-6 dəfəyə qədər artırır. Əksər insanlar illər ərzində infeksiyasının olduğunu dərk etmirlər və mədənin selikli qişasında, nazik bağırsaqda zədələnmənin və hətta şişin yaranmasına qədər şikayətsiz yaşayırlar.

Keçən əsrdən məlum olub ki, helikobakter pilori mədənin selikli qişasını zədələyərək, mədənin turşuluğunu azaldır. Belə vəziyyətlərdə infeksiya qastroezofageal reflüks xəstəliyi, xərçəngönü vəziyyət – Barrett ezofagusunun və qida borusu adenokarsinomasının inkişafından qoruya bilər. Ancaq fərqli ölkələrdə aparılan araşdırmaların nəticələrində ziddiyyət izlənilir. 

Qərb ölkələrində helikobakter piloriyə rast gəlmə tezliyi az olduğu üçün qida borusu xərçənginin yayılması Azərbaycandan daha yüksəkdir. Halbuki, bizim ölkədə qida borusu xərçəngi nadirən görülsə də, mədə şişlərinin yayılması, təəssüflər olsun ki, yüksəkdir. Ancaq mikrobun mədədə olması qida borusunun problemlərindən həqiqətən qoruyurmu? Bir neçə tədqiqatlar helikobakter pilori infeksiyası ilə qida borusu adenokarsinoması və ya Barrett qida borusu riski arasında tərs əlaqəni nümayiş etdirir. Bəzi mənbələr isə bunu inkar edir. Azərbaycanda belə müqayisəli tədqiqatı ilk dəfə xaricdə təhsil alan həkim Sevda Ağayeva və dünyanın ən yaxşı xəstəxanaların siyahısında birinci yerdə yerləşən ABŞ-ın Mayo klinikasının həkimləri ilə bərabər aparılıb. Sevda xanımın apardığı tədqiqatın məqsədi Azərbaycanda xərçəngönü Barrett qida borusuna helikobakter pilori olmasının təsirini müəyyən etməkdir. Yekunda mikrobun zəminində yaranan qastritin üstünlük təşkil etdiyi Azərbaycan xalqında helikobakter pilorinin olması Barrett yemək borusunun əmələ gəlməsi ilə tərs əlaqədə deyildir. Nəticəyə əsasən, mikrob müalicəsi aparılan zaman qida borusu xərçəngi riskini artırması fərziyyəsini dəstəkləmir. Həmin məqalə qida borusunun xəstəliklərinə həsr olunmuş tanınmış beynəlxalq “Diseases of Ezofagus” jurnalında dərc olunub və Azərbaycanın tibb sahəsində elmi inkişafının göstəricisidir. Sevda Ağayevanın əməyinin və elmə olan sevgisini dəstəkləyirik və gələcəkdə yeni uğurlar arzulayırıq. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir