İməkləyərkən bütün bədəni yanan bir yaşlı Nərgizin müalicəsi ailəsi pul tapa bilmir deyə dayanıb – FOTO

Cəmiyyət


2022-ci il təvəllüdlü Nərgiz Azad qızı Zeynalova ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Nuranə Zeynalova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Mən yemək bişirmək üçün bir qazan suyu odun sobasında qaynadıb yerə qoymuşdum. Ağlıma belə gəlməzdi ki, bir yaşlı qızım iməkləyərək qazanın yanına gedib onu üstünə aşıra bilər. Biz Xaçmaz şəhərində yaşayırıq. Həyat yoldaşım Azad çobanlıq edərək pul qazanır. Mən isə toyuq-cücə saxlayaraq ailəmizə dəstək olmağa çalışıram. Nərgiz yanan günü 600 manat borc taparaq Bakıya gəldik. Bakıda xəstəxanaların birində ona 2-ci dərəcəli yanıq diaqnozu qoyuldu. Ona iki dəfə dəriköçürmə əməliyyatı edilib. Əməliyyatlar yardımsevər insanların dəstəyi ilə həyata keçdi. İndi yenidən Xaçmaza qayıtmışıq. Amma Nərgizin dərmanlarını almaq üçün imkanımız çatmır. Buna görə də onun yaraları suluq olub. Göynədir. Bütün günü ağlayır. Onun müalicəsi üçün bizə 1500 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.

​Kart nömrəsi: 4169 7388 7185 6161

Əlaqə nömrəsi: (055) 776-67-91 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir