Azərbaycanda COVID-19-la bağlı vəziyyət: Aktiv xəstə sayında uzun müddət sonra ilk – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 950 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı isə təkrəqəmli həddə enərək 7 nəfər təşkil edib.

Ölkədə son sutka ərzində 365, hazırkı dövrədək isə 7 644 849 test aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir