Tərtərdə yaşlı qadın kanalizasiya quyusuna düşüb.
APA xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun məcburi köçkünlərin məskunlaşdığı Dördyol qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayonu Dəymədağlı kənd sakini 68 yaşlı Leyla Hüseyn qızı İbrahimova yol kənarından dəmir qutu toplayarkən su-kanalizasiya quyusuna düşüb. Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xüsusi xilas ediciləri qadını düşdüyü quyudan çıxarıblar. Müxtəlif bədən xəsarəti alan yaşlı qadın daha sonra xəstəxanaya çatdırılıb.
www.RESMIXEBER.az

