Bakıda yolda lukların üstü açıq qalıb: Ərazi sürücü və piyadalar üçün təhlükəlidir – VİDEO

Cəmiyyət


Bakının mərkəzi küçələrinin birində 50 metrdən bir yerləşən lukların üstü açıqdır. Bu səbəbdən maşınlar çox vaxt, xüsusilə də gecə saatlarında yolun hərəkət istiqamətində olan bu təhlükədən yayına bilmirlər. Ərazi həm də piyadalar üçün təhlükəlidir. 

Xezerxeber.az-ın məlumatına görə, söhbət Koroğlu Rəhimov küçəsindən Təbriz küçəsinə dönən yoldan gedir.

Ətrafdakı sakinlərin sözlərinə görə, lukların üstü aylardır ki, açıqdır.

Həmin ərazidəki üstü açıq luklardan biri də hərəkətin intensiv olduğu piyada zolağının düz üzərindədir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Xəzər Xəbər”ə bildirdi ki, həmin lük çərçivələri oğurlanıb. Artıq əraziyə baxış keçirilib, qısa müddət ərzində lük çərçivələrinin yenisi ilə bərpa olunması üçün zəruri addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir