Hava nə vaxt düzələcək? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt məlum olub.

Bunu resmixeber.az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək. 

Nazir müavini qeyd edib ki, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qeyd edək ki, son günlər ölkə ərazisində hava qeyri-sabit keçir. Bəzi rayonlarda isə sel-daşqın hadisələri qeydə alınır. 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir