Makron sosial media və videooyunların ölkədə iğtişaşlara səbəb olduğunu deyib

Dünya


Bir neçə gündür ki, Fransada iğtişaşlar davam edir. Ölkə prezidenti Emmanuel Makron ölkədəki münaqişə ilə bağlı keçirdiyi mətbuat konfransında iğtişaşların səbəblərindən birinin kompüter oyunları olduğunu bildirib.

“Sosial media son bir neçə gündə baş verən hadisələrdə əhəmiyyətli rol oynadı. Onların bir neçəsinə – “SnapChat”, “TikTok” və digərlərinə çıxışımız var. Onlar həm zorakı yığıncaqların təşkilinə, həm də zorakılığın simulyasiyasına vasitə olurlar. Bu, azyaşlılarda baş verənlərin irreallığını hiss etdirir, virtuallıq və reallıq arasındakı sərhədi itirir. Bəzən mənə elə gəlir ki, onlardan bəziləri küçələrdə baş verənləri videooyunlar kimi görür.”, – prezident vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Makron ölkədə kiberidmanın inkişafına dəstək verirdi. 2022-ci ilin iyun ayında o, Yelisey Sarayında yerli sənaye nümayəndələrini qəbul edib və həmçinin Fransada dünya çempionatlarına ev sahibliyi etmək istədiyini bildirmişdi. May ayında CS:GO Paris Major 2023 keçirilmişdi.

Mənbə: procyber.me

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir