İşdən çıxarıldığına görə narazılıq edən xanəndə ilə bağlı rəsmi cavab – YENİLƏNİB

Mədəniyyət


“Arif Məlikov adina 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xanəndə ixtisası üzrə müəllimi, 15.04.1957-ci il təvəllüdlü Abdullayev Sabir Əli əmək müqaviləsi 15 aprel 2022- ci ildən 15 aprel 2023 -cu il tarixədək, daha sonra isə 15 aprel 2023- cu il tarixdən 01 iyul 2023 – cu il tarixədək uzadılıb”.

resmixeber.az xəbər verir ki, bu badərə məktəbdən bildirilib. 

“01 iyul 2023 – cu il tarixdən tutduğu vəzifədən azad edilib. Azərbaycan Əmək Məcəlləsinin 10. 1- ci bəndinə əsasən, dövlət müəssisəsində çalışmanın yaş həddi 65-dir. Müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəbdə çalışma müddəti uzadılmış əməkdaşların sayı 2 faiz təşkil edir”. 

16:00

“Mən neyniyə bilərəm ki? Arxam yox, dayağım yox. Söz verdilər, amma heç biri vədə əməl etmədi. Gedib bu yaşımda onlarla dalaşası deyiləm ki. Nə edim? Bezdim, yoruldum”.

Bunu “Qaynarinfo”ya açıqlamasında xanəndə Sabir Abdullayev müəllimlik fəaliyyətinə son verilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.

66 yaşlı xanəndə ona qarşı haqsızlıqlar oldunduğunu bildirib:

“Böyük bir “ordu” yetişdirmişəm. Hara getsəm də, həmin “ordu” arxamdadır. Əsas odur ki, mən öz məktəbimi yaratdım. Tələbələrim arasında Xalq artisti, Prezident təqaüdçüsü olanlar çoxdur. Dərs dediyim ifaçıların yaradıcılığında bütün dünyasını dəyişən xanəndələrin sənəti, nəfəsi var, onlar nəsildən-nəsilə yaşayacaq. Əslində mən öz işimi gördüm. Mənə qarşı münasibət yaxşı olmadı, Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi. Niyə? Bax bunun səbəbini bilmirəm”.

Sabir Abdullayev bundan sonra yaradıcılıqla məşğul olacağını qeyd edib:

“Nə bacarsam, onu da edəcəm. Oxuyacam, muğamlar yazdıracam ki, məndən sonra qalsın. Bütün illərimi tələbələrə həsr etdim, ömrüm keçdi, özüm üçün heç nə edə bilmədim. Bu da sonu… Qədrimi bilmədilər. Qərar verilib, bunu kimin qəbul etdiyini bilmirəm, amma bu qərarın yaradıcı insanlara şamil olunmaması lazımdır”.

Sabir Abdullayev özünü Azərbaycanda iki ən yaxşı müəllimdən birincisi hesab etdiyini vurğulayıb:

“İstəsəydilər, məni işdən çıxartmazdılar. Qanundankənar nə etmişəm? Əsəbləşirəm, bilmirəm dərdimi kimə deyim”.

Qeyd edək ki, Sabir Abdullayev Bakı 11 saylı musiqi məktəbində muəllim işləyirdi. Onun müəllimlik fəaliyyətinə xitam verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir