TRIPP layihəsi ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq – Ceyhun Bayramov

Baş səhifə

Bakı. Trend:

Gözləntimiz ondan ibarətdir ki, TRIPP layihəsi ilə bağlı yaxın
vaxtlarda yeni xəbərlər olacaq.

Trend-in
müxbiri xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu
fikirləri 9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət
orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri
xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk
danışıqlar ABŞ və Ermənistanla aparılır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar.