Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib

Baş səhifə

Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib.

Metbuat.az xəbər verir ki, 2023–2026-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub. Yenilənmə çərçivəsində 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u 2025, 15 ədədi isə 2026-cı ildə istismara buraxılıb.

Bakı şəhərindən regionlara fəaliyyət göstərən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.