
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan cari ilin sonunadək
ölkənin yeni Konstitusiya layihəsinin məzmunun
ictimailəşdiriləcəyini vəd edib.
Ermənistan KİV-in məlumatına görə, o bu haqda jurnalistlərlə
söhbəti zamanı bildirib.
“Dəqiq tarix deyə bilmərəm, lakin ilin sonunadək layihəni dərc
edəcəyik”, – deyə Baş nazir vurğulayıb.
Paşinyan qeyd edib ki, layihənin daha əvvəl açıqlanmamasına
səbəb növbəti parlament seçkilərinin keçirilməsi olub. Onun
sözlərinə görə, sənədin lazımi qaydada ictimai müzakirəsinin təmin
edilməsi məqsədilə yeni konstitusiya layihəsinin öncəki
ictimailəşdirilmə tarixi ertələnmişdi.

