Bakı aeroportu 6 ayda 3 milyondan çox sərnişinə xidmət göstərib

Baş səhifə

Bakı. Trend:

Yanvar – iyun aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu
3,334 milyon sərnişinə26,781
reysə
xidmət göstərib. Onlardan 2,960 milyona
yaxını
beynəlxalq istiqamətlər üzrə səyahət edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin birinci yarısında qlobal aviasiya
sektoru geosiyasi proseslərin, bir sıra hava məkanlarında tətbiq
olunan məhdudiyyətlərin və marşrut şəbəkəsində baş verən
dəyişikliklərin təsiri altında fəaliyyət göstərib. Buna baxmayaraq
Azərbaycan aviasiyası əməliyyat dayanıqlığını qoruyaraq sərnişin
daşımaları, beynəlxalq hava əlaqələri və aeronaviqasiya xidmətləri
üzrə müsbət nəticələr əldə edib.

İlk yarımilliyin diqqətçəkən nəticələrindən biri transfer
sərnişinlərinin sayında qeydə alınan artım olub. Bu müddət ərzində
hava limanı vasitəsilə 275 mindən çox transfer
sərnişin
daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 40%-dən çox artım deməkdir.

Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut
şəbəkəsi də genişlənməyə davam edib. Hazırda hava limanında tam
xidmət göstərən, aşağıbüdcəli və hibrid biznes modelinə malik
ümumilikdə 40 aviaşirkətin fəaliyyət göstərməsi
sərnişinlərə geniş seçim imkanı yaradır. “Air
Serbia”
“FlyOne Asia”
aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da
genişlənməsinə töhfə verib. Hazırda hava limanından 76
istiqamət
üzrə müntəzəm reyslər həyata keçirilir.




Ən çox tələbat olan beynəlxalq istiqamətlər İstanbul,
Moskva, Tbilisi, Ankara
Dubay olub.
Reyslərin sayına görə aparıcı xarici aviadaşıyıcılar sırasında
“Turkish Airlines”, “Israir”,
“Ajet”, “Aeroflot”
“flydubai” yer alıb.

Sərnişin daşımaları ilə yanaşı, Azərbaycanın hava məkanında
uçuşların intensivliyi də yüksəlib. “Azəraeronaviqasiya”
HHİ (AZANS)
tərəfindən ilin ilk altı ayında ölkənin hava
məkanında 180 mindən çox uçuşa aeronaviqasiya
xidməti göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
11,1% çoxdur. Tranzit uçuşların sayı isə
14,4% artaraq 143 mini ötüb. Dövrün ən yüksək
sutkalıq göstəricisi 9 may tarixində qeydə alınıb.
Həmin gün Azərbaycanın hava məkanında 1,271 hava
gəmisinə
xidmət göstərilib.

Tranzit uçuşlarda “Turkish Airlines”,
“Singapore Airlines”,
“Lufthansa”, “Cathay Pacific”,
“British Airways”, “Thai
Airways”
, “Air France”,
KLM”, “Korean Air”
“Aerologic” kimi dünyanın aparıcı
aviaşirkətlərinin üstünlük təşkil etməsi Azərbaycanın hava məkanına
və göstərilən aeronaviqasiya xidmətlərinə beynəlxalq etimadın
artdığını nümayiş etdirir.

Məlumata görə, ilk yarımilliyin nəticələri göstərir ki,
Azərbaycan aviasiyası dəyişən qlobal şəraitə çevik uyğunlaşaraq
inkişafını davam etdirir. Transfer sərnişinlərinin artması, marşrut
şəbəkəsinin genişlənməsi, yeni aviadaşıyıcıların bazara daxil
olması və hava məkanından istifadənin artan intensivliyi ölkənin
regional aviasiya və aeronaviqasiya mərkəzi kimi rolunu daha da
gücləndirir.