Mingəçevirdə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Mingəçevirdə ağacın aşması ilə qırılan elektrik xətti tam bərpa edilib.

Bu barədə resmixeber.az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan fasilə tam bərpa edilib.

22:24

Mingəçevirdə güclü külək səbəbindən irigövdəli ağac elektrik xəttinin üzərinə aşıb.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.

O bildirib ki, Mingəçevir şəhərində müşahidə edilən kəskin hava şəraiti səbəbindən iki küçəni elektrik enerjisi ilə təmin edən xətt qırılıb:

“10 kv-luq elektrik xəttinin üzərinə irigövdəli ağac aşıb. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda qurumun qəza xidmətinin əməkdaşları ərazidə zəruri tədbirlər görürlər. Bəzi xətlər artıq bərpa edilib. Qalan kiçik hissə isə qısa zaman ərzində bərpa ediləcək, elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir