Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var – YENİLƏNİB

Cəmiyyət


Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub

“Qafqazinfo” xəbər verir ki, Çaylı kəndi ərazisində “Nissan” və “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Nissan”da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

Hadisəsi nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

23:17

Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

“resmixeber.az”un məlumatına görə, “Ford” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən həyatını itirib.

Yol-nəqliyyat hadisəsi nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir