Nanterdə patrul işçisi tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən etirazlar davam edir.
Real TV-nin məlumatına görə, etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar səngimir.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçıların sayı minlərlədir. Onların arasında çoxlu gənclər, Afrika və Yaxın Şərqdən gələn miqrantlar var.
Qeyd olunur ki, polis nümyaişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edir.
www.RESMIXEBER.az

