Bakıda MINEPS VII konfransının rəsmi açılış mərasimi olub

Siyasət


Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı – MINEPS VII-nin rəsmi açılışı olub.

resmixeber.az xəbər verir ki, tədbir konfransın keçirildiyi Bakı Konqres Mərkəzində təşkil edilib.

Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər.

Xatırladaq ki, MINEPS VII dünən işinə başlayıb. İlk gündə gender bərabərliyi, “Prioritet Afrika”, “Gənclər liderlik edir” və gənclərin inkişafı mövzuları müzakirə olunub. Eyni zamanda, proqrama əsasən, “Fit for life” layihəsinin əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır.

İyunun 29-dək davam edəcək konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul qurumlarının rəhbərləri və nazirlər iştirak edirlər.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir