İsmayıllıda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“resmixeber.az” xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 99-UO-776 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məsim oğlu və 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir