Dövlət Dumasının sədri: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”

Dünya


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbərinə tapşırıq verib.

Tapşırıq bundan ibarətdir ki, iyunun 24-də Rusiyanı tərk etməyə cəhd edən dövlət qulluqçularının və dövlət korporasiyaları işçilərinin adları araşdırılsın və açıqlansın.

“Təhlükəsizlik komitəsinin sədrinə tapşırıq verilib ki, hüquq-mühafizə orqanları ilə birlikdə həmin vaxt mühüm vəzifə tutan, dövlət qulluğunda, dövlət strukturlarında, səhmdar cəmiyyətlərdə, şirkətlərdə çalışan şəxslərdən kimlərin qaçmağa cəhd etdiyi araşdırılsın və bu məlumatlar ictimaiyyətə açıqlansın”, – deyə Volodin qeyd edib.

“Bu hərəkət həmçinin cəzalandırılmalıdır. Baxmaq lazımdır, dövlət qulluqçularından hansısa biri belə bir addım atıbsa, bu, xoşagəlməz davranışdır. Belə halda dövlət qulluğu, vəzifə tutmaq doğru deyil”, – deyə o vurğulayıb.

“Onlar adi vətəndaşların vergiləri, büdcədən ayırmalar hesabına təmin olunur və dövlətə, insanlara xidmət etməlidirlər. Belə xoşagəlməz hərəkətlərinə görə utanmalıdırlar. Biz də müvafiq tədbirlər görməliyik”, – deyə Volodin əlavə edib.

Mənbə: Vesti.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir