Dövlət Departamenti: “Azərbaycan və Ermənistan danışıqlarında irəliləyişə nail olmaq vacibdir” – YENİLƏNİB

Siyasət


“Bu həftə Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olmaq vacibdir”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bəyan edib.

“Bundan əvvəl hər iki tərəflə görüşlər keçirdik. Dövlət katibi dəfələrlə hər iki xarici işlər naziri ilə danışıqlar aparıb. Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük. Biz hesab edirik ki, hər iki tərəf fikir ayrılıqlarını bir kənara qoysa, sülh əldə edilə bilər”, – deyə o qeyd edib.

22:03

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib

Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Danışıqlar iyunun 29-dək davam edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir