Bakıda sexdə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Zabrat qəsəbəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

Xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyindən isə resmixeber.az-a bildirilib ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Qeyd olunub ki, bu gün saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130 kvadratmetr olan təndirxanada, ilkin ehtimala əsasən, qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.

Məlumata görə, yanıq xəsarətləri alan beş nəfərdən dördü – 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov, 1986-cı il təvəllüdlü Sənubər Tağıyeva – Respublika Yanıq Mərkəzinə aparılıb, bir nəfər isə tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

17:32

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış zamanı üç nəfər yaralanıb.

resmixeber.az-ın əldə etdiyi məlumata görə, sexin işçiləri olan Gülsənəm Quliyeva və Gülü Allahverdiyeva ağır xəsarət alıblar. Yaralananlardan biri Mərdan adlı müştəri olub.

Fövqəladə Hallar Nazirliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışla bağlı heç bir müraciət daxil olmayıb.

Daxili İşlər Nazirliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışda ölüm halı qeydə alınmayıb.

16:58

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış olub.

Haqqin.az bildirir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Partlayış nəticəsində dörd nəfərin yaralandığı bildirilir. Müxtəlif dərəcəli xəsarətlər alan üç qadın və bir kişi Yanıq Mərkəzinə aparılıb.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir