Azərbaycan bankları bayram günlərində işləyəcək

Cəmiyyət


Azərbaycanda 26 iyun – 2 iyul qeyri-iş günlərində bankların filial və şöbələri, valyuta mübadiləsi məntəqələri və “Azərpoçt” MMC-nin bəzi şöbələri fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”, – deyə AMB bəyan edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir