Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionu olub

Dünya


Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

resmixeber.az-ın məlumatına görə, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.

Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.

Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

Final

Qadınlar

48 kq. Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə

63 kq. Fidan Qasımova – Emmi Qalludek: İpponla məğlubiyyət

63 kq. Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət

Kişilər

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə

81 kq. Aslan Kotsoyev – Desir Zoba Kasi: İpponla qələbə

81 kq. Ramazan Əhmədov – Mateo Akiana Monqo – İpponla məğlubiyyət

Qızıl xal

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir