“Günay Sığorta”nın lisenziyası ləğv olundu

Cəmiyyət


Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Sığorta” ASC-nin lisenziyasını ləğv edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9%-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62%-i isə ləğv prosesində olan “Günay Bank” ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra “Günay Sığorta”nın fəaliyyətində çətinliklər yaranmışdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir