Xaçmaz rayonunda 28 yaşlı kişi intihar edib.
“resmixeber.az”un Şimal bürosunun məlumatına görə, rayonun Mirzəmməd kənd sakini, 1995-ci il təvəllüdlü Dövlət Bəylər oğlu Xankişiyev özünü asıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az