ABŞ Oman körfəzində neft tankerinə atəş açıb

Baş səhifə

ABŞ hərbçiləri iyunun 9-da dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan neft tankerinə qarşı atəş açıblar.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Silahlı Qüvvələri iyunun 9-da Oman körfəzində neft tankerini hərəkətsiz vəziyyətə salıb. ABŞ-a məxsus hava vasitəsi gəmi heyəti Amerika hərbçilərinin göstərişlərinə dəfələrlə tabe olmadıqdan sonra yüksək dəqiqlikli sursatlardan istifadə edib”, – deyə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.

Komandanlıq qeyd edib ki, söhbət Palau bayrağı altında üzən Settebello tankerindən gedir.