
Bakı. Trend:
ABŞ-nin İranın su təchizatı və kanalizasiya sistemlərinə
endirdiyi zərbələrdən sonra İranın cənubundakı Hörmüzqan əyaləti
içməli su çatışmazlığı ilə üzləşir.
İran mediası yazır ki, ABŞ-nin hücumları nəticəsində içməli
suyun paylanması üçün infrastruktur obyektləri, o cümlədən 500 və
2000 kubmetr tutumlu iki beton çən, eləcə də müvafiq mexaniki
avadanlıqlar məhv edilib.
20.000 əhalisi olan Bamani rayonunda su təchizatında fasilələr
qeydə alınıb. Məlumata görə, dəyən ziyan təxminən 1 milyon dollar
qiymətləndirilir.
Bu ərazilərin sakinlərinə su təchizatı hazırda dayandırılıb və
alternativ su təchizatı üsulları nəzərdən keçirilir.
Daha əvvəlİran dövlət televiziyası ABŞ-nin Hörmözqanda iki su
anbarına zərbə endirdiyini bildirmişdi. Amerika qüvvələri həmçinin
Qeşm adasındakı bir obyektə və Cask və Kuh Mübarək şəhərlərindəki
obyektlərə hücum edib.

