
Bakı. Trend:
Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan
vətəndaşlarının cənazələri ölkəyə gətirilib.
Trend xəbər verir ki,
bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz
uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan
vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – XİN-dən
bildirilib.

