Süni intellekt şagirdləri tənbəlləşdirir – Emin Əmrullayev

Baş səhifə

Baki. Trend:

Uşaqlar süni intellektdən məsələnin izah yolu ilə bağlı yox,
birbaşa o məsələnin cavabı üçün istifadə edir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Elm və təhsil naziri Emin
Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq
düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı
kitabın təqdimat mərasimində bildirib.




Onun sözlərinə görə, süni intellektdən yanlış istifadə uşaqların
kütləşməsi və tənbəlləşməsinə gətirib çıxarır.

“Uşaqlar məsələnin həllini soruşmur, məsələnin cavabını bilmək
istəyirlər. Məsələn, hansısa riyazi məsələ ilə bağlı süni
intellektə “bu məsələni mənə izah et” kimi yox “bunun cavabını mənə
de” formasında müraciət edirlər. Bu, gələcək üçün çox ciddi
təhlükədir. Uşaqların gələcəyi üçün, beyin inkişafı üçün riskdir”,
– nazir qeyd edib.