
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol
Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik
edib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində
paylaşım edib.
“Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdə inamlı
qələbə münasibətilə təbrik edirəm.
Onun yenidən seçilməsi üçün namizədliyini dəstəkləməkdən böyük
qürur duydum və əminəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan
ölkəsi ən cəsarətli gözləntiləri belə üstələyən uğur və inkişaf
səviyyəsinə çatacaq”, – deyə o yazıb.
Qeyd edək ki, 2026-cı il iyunun 7-də Ermənistanda parlament
seçkiləri keçirilib və seçkilərin nəticələrinə əsasən, “Vətəndaş
Müqaviləsi” Partiyası qalib gəlib.

