Oman körfəzində İrana məxsus neft tankeri yanıb

Baş səhifə

Bakı. Trend:

Oman körfəzində baş verən hadisədən sonra İrana məxsus neft
tankeri yanıb.

Xarici medianın məlumatına görə, dəniz təhlükəsizlik şirkətləri
və yerli donanma bildirib ki, əvvəllər də İran neftini daşıyan
tanker Oman körfəzində yanğına məruz qalıb.

Pakistanın hidroqrafik xidməti Settebello tankerinin yanğın
barədə məlumat verdiyini bildirib.




Kpler analitik platformasından əldə edilən məlumatlar göstərir
ki, gəmi müntəzəm olaraq İran nefti daşıyırmış.

Yanğının səbəbi hələ də məlum deyil.