Bakıda qadın sürücünün törətdiyi inanılmaz qəza və dəhşətli görüntülər – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Ötən gecə paytaxtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videoda BMW markalı avtomobilin moped və bir neçə maşına çırpılması ilə nəticələnən qəza yerindən görüntülər əks olunub. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Baku.ws-ə bildirib ki, dünən gecə saat 03 radələrində 38 yaşlı Bakı şəhər sakini Babayeva Yeganə Elçin qızı, idarə etdiyi BMW markalı 10-DM-011 nömrə nişanlı avtomobili ilə 28 yaşlı Sabirabad rayon sakini Səmədov Kamran Əlisəfa oğlunu vurub.

“Sürücü daha sonra maşını yol kənarında dayanan digər avtomobilə də çırpıb. K.Səmədov moped sürücüsü olub və şəxs hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Nəsimi rayonu polis idarəsində araşdırma aparılır. Hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib. İlkin məlumatlara görə, hadisədə təqsirkar BMW sürücüsü olan xanımdır”, – deyə Araz Əsgərli bildirib. 

Sözügedən görüntüləri təqdim edirik:

11:20

Bu gün saat 04 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi BMW markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurub.

Nəticədə mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlisəfa oğlu hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir