Zaqatalada küçə itlərinin öldürülməsi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


“Yayılan görüntülər yeni deyil”.

Bu, Zaqatalada itlərin kütləvi şəkildə güllələnməsi ilə bağlı görüntülərlə əlaqədar resmixeber.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu məsələ ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində bir müddət əvvəl araşdırma aparılıb və mütəxəssis rəyinə də əsasən, itlərin infeksion xəstəlikdən öldükləri məlum olub.

12:02

Zaqatalada öldürülmüş küçə itlərinin yeni görüntüləri yayılıb.

resmixeber.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, sosial şəbəkə istifadəçisi Nizami Ramazanov paylaşımında qeyd edib ki, gecə saatlarında küçələrdə artıq küçə itlərinə rast gəlinmir:

“Gecə saat 02 radələrində Zaqatalada gəzirdim. Maşınla bir saat Zaqatala şəhərini dolaşdım. Şəhərdə bir dənə də olsun küçə iti qarşıma çıxmadı. Həmişə Mərkəzi Poçt, keçidin yanında, parkda, asma körpüdə, zibil qablarının arxasında gördüyüm itlərin artıq heç biri yox idi. Necədir, Zaqatala camaatı, şikayət etdiyiniz bu itlər artıq yoxdur. İndi rahat yata bilirsiniz? Bir müsəlman, bir insan olaraq vicdanınız rahatdırmı?”

Qeyd edək ki, bir neçə gün öncə Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi lentə alınmışdı. Tala körpüsü adlanan ərazidə motosikletin arxasında yeni öldürülmüş 10-15 itin cəsədinin əks olunduğu videogörüntülər yayılmışdı. 

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir