DGK əməkdaşlarının tam heyətlə sərəncama göndərilirməsi məsələsinə aydınlıq gətirildi – YENİLƏNİB + FOTO

Cəmiyyət


Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının tam heyətlə sərəncama göndərilirməsi məsələsinə aydınlıq gətirilib. 

resmixeber.az-ın məsələ ilə bağlı sorğusuna DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov cavab verib. 

“DGK əməkdaşlarının sərəncama göndərilirməsi yalan məlumatdır, həqiqətə uyğun deyil, belə bir fakt yoxdur”, – deyə qurum rəsmisi bildirib. 

14:31

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir. 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək. 

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların “işinə” yenidən baxılacaq. 

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər. 

Məsələ ilə bağlı DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundov xəbəri nə təsdiq, nə də təkzib edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir