Həkim-terapevt: “Beş yaşa qədər uşaqlarda günvurma halları tez-tez olur”

Cəmiyyət


“Günün müəyyən saatlarında beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda qurumun mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

O bildirib ki, günvurma və istivurma fərqli anlayışlardır:

“Günvurma, əsasən, baş nahiyəsinə gün şüalarının düşməsi səbəbindən yaranan patoloji vəziyyətdir. Bu zaman nevroloji – başgicəllənmə, ürəkbulanma, ağrı və s. simptomlar olur. İstivurma zamanı isə bədənin hansısa nahiyəsi xüsusi önəm kəsb etmir. Bədənin havasız, isti otaqda qalması səbəbindən yaranan patoloji vəziyyət hesab edilir. Bu zaman bədən hərarətindən şikayət edilir. Bu iki halı bir-birindən ayırmaq üçün həkimə müraciət edib anamnez almaq lazımdır”.

Həkim qeyd edir ki, günvurma uşaqlar arasında daha çox olur:

“Günvurmaya uşaqlar (daha çox beş yaşa qədər olan) arasında tez-tez rast gəlinir. Günün müəyyən saatlarında, yəni 11:00-dan 16:00-dək beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil. Bu dövrdə gün şüaları daha iti bucaq altında düşdüyündən təsiri daha tez olur. Yay aylarında uşaqlar, eləcə də böyüklər su balansını normada saxlamaq üçün ciddi rejimdə su içməlidir. Baş örtüklərindən, papaqlardan istifadə edərək gün şüalarından qorunmaq, eləcə də geyimlərdə daha çox ağ rəngli yüngül, pambıq materiallardan olan geyimlərə üstünlük vermək lazımdır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir