Böyük qaçış: Balacanın hiyləgərliyi barədə kadrlar sosial şəbəkədə virus kimi yayıldı – VİDEO

DIN


Sosial şəbəkələrdə balaca uşağın fəndlə öz çarpayısından qaçmasının görüntüləri böyük maraqla qarşılanıb. Kadrlar Kolumbiyadandır.

Yataq otağına quraşdırılmış kameranın görüntülərindən aydın olur ki, uşaq ayağı ilə çarpayını divardan uzaqlaşdırır. Sonra isə bədəninin ağırlığından istifadə edərək çarpayını valideynlərinin taxtına yaxınlaşdırır. Hədəfə çatdıqda isə döşəyin üstünə tullanır və azadlığına qovuşur.

Videoda ən maraqlı məqamlardan biri uşağın iz itirmək üçün çarpayısını yenidən öz yerinə qaytarması olub.

Görüntülər istifadəçilər tərəfindən gülüşlə qarşılanıb. Çoxları uşağın fəndgirliyinin gələcəkdə böyük insan olmasının göstəricisi olduğunu bildirib. Digərləri isə belə bacarıqlı uşaqları olduğu üçün valideynləri təbrik edib.

Mənbə: Daily Mail

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir