Şahdağ Milli Parkında son iki həftədə dörd zubr balası doğulub – FOTO/VİDEO

Cəmiyyət


“Şahdağ Milli Parkının İsmayıllı bölməsində son 2 həftə ərzində 4 zubr balası doğulub”.

“resmixeber.az”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2010-cu ildən etibarən ölkədə bir sıra həssas, sayı azalmaqda olan növlərin reintroduksiyası layihələrinə başlanılıb:

“2019-cu ildən etibarən isə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda zubrların ümumi sayı 45 başa çatıb”.

Xidmət rəsmisi qeyd edib ki, indiyədək Şirvan Milli Parkından tutulan ümumilikdə 346 baş ceyran ölkənin müxtəlif ərazilərinə köçürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir