İsraildə bütün evlərin üstünü xüsusi panellə örtəcəklər

Dünya


İsrail hökuməti ölkədə enerji istehlakının sürətlə artması fonunda qeyri-yaşayış və yaşayış binalarının damlarında kütləvi şəkildə Günəş panelləri quraşdırmaq niyyətindədir.

Bu barədə respublikanın təsdiq edilmiş dövlət büdcəsi layihəsindən aydın olub.

Müvafiq tələb ilin sonunadək qüvvəyə minməlidir.

İlk növbədə qeyri-yaşayış daşınmaz əmlak obyektlərinin dam örtükləri Günəş elektrik stansiyaları ilə təchiz olunacaq, yaşayış sektorunda isə yerdə enerji istehlakı artdıqca Günəş panellərinin quraşdırılması üçün dam örtüyünün hazırlanması prosesinə başlanacaq.

Beləliklə, ölkədə Günəş enerjisinin təxminən 60%-i binalara yerləşdirilən panellərdən əldə ediləcək.

İsrailin coğrafi və iqlim xüsusiyyətləri elektrik enerjisinin istehsalı üçün külək dəyirmanlarından və su elektrik stansiyalarından aktiv istifadəyə imkan vermədiyi üçün respublikanın hakimiyyət orqanları Günəş enerjisinin inkişafına diqqət yetirir.

İsrail artıq istilik və enerji istehsalı sahəsində mərkəzləşdirilməmiş proqramların həyata keçirilməsində uğurlu təcrübəyə malikdir. Bir neçə onilliklər əvvəl respublikanın hakimiyyət orqanları yaşayış binalarının suyun qızdırılması üçün Günəş istiliyindən istifadə edən boylerlərlə təchiz edilməsini tələb edib. Bu gün ölkədə bu yolla elektrik enerjisinin təxminən 8%-nə qənaət edilir.

Mənbə: Reuters

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir